Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub
Sosial həyat

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub

Biləsuvar rayonunda 4 fərqli ünvanda dəm qazından kütləvi zəhərlənmə olub.

TƏBİB-dən "Respublika"ya bildirilib ki, yanvarın 21-də gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.