Seçki kampaniyası qanunauyğun şəkildə davam edir
Gündəm

Seçki kampaniyası qanunauyğun şəkildə davam edir

36 saylı Yeni Suvagil kənd seçki məntəqəsinin sədri Carullah Əhmədov bildirib ki, növbədənkənar Prezident seçkilərinin elan edildiyi vaxtdan bəri bütün lazımi tədbirlər həyata keçirilmiş, məntəqə səsvermə gününə tam hazır vəziyyətə gətirilmişdir. Məntəqədə 1427 nəfər seçici səs verəcək. Seçki Məcəlləsinə əsasən seçkilərə 7 gün qalmış bütün seçicilərə seçki bildirişləri çatdırılmışdır. Məntəqədə ən yaşlı seçici 79 yaşındadır. 21 nəfər isə ilk dəfə səs verəcək.

Bu gün saat 07:30-da məntəqə üzvlərinin və nəzarətçilərin iştirakilə daşınmaz və daşınan qutular kilidlənərək səsvermə otağında yerləşdirilmişdir. 08:00-da növbəti seçki kampaniyasının səsvermə prosesinə start verilmiş və uğurla davam etdirilməkdədir.

Zaqatala şəhər 5 saylı seçki məntəqəsinin sədri Səfər Raziyev, 16 saylı Gözbarax kənd seçki məntəqəsinin sədr müavini Bənövşə Hüseynova, 1 saylı Aşağı Tala kənd seçki məntəqəsinin sədri Mirvari Qurbanova, 31 saylı Güllük kənd seçki məntəqəsinin sədri Firəngiz İsayeva seçki kampaniyasının qanunauyğun şəkildə davam etdiyini bildiriblər.

Saat 12:00 üçün səsvermənin nəticələri

110 saylı - 23906 nəfər, 48,8 %

111 saylı - 19891 nəfər, 38,74 %

112 saylı - 19480 nəfər, 38,81%

113 saylı - 23675 nəfər. 43,35 %

Q.CAMALOĞLU,

“Respublika”.