Zəfər seçkilərinin bu günə təsadüf etməsi olduqca əlamətdardır
Gündəm

Zəfər seçkilərinin bu günə təsadüf etməsi olduqca əlamətdardır

“Respublika” xəbər verir ki, paytaxtın digər ərazilərində olduğu kimi Nizami rayonunda da seçicilərin aktivliyi müşahidə olunur. 24 saylı Nizami birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində proses uğurla icra olunur.

"7 fevral tarixi həm də şəhidimiz, Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür. Zəfər seçkilərinin də məhz bu günə təsadüf etməsi olduqca əlamətdardır" paytaxt sakini Validə Rəhimova deyib.

"Səsvermədə iştirak etdim, seçicilər üçün yaradılan şəraitdən razılığımı bildirmək istəyirəm. Ümid edirəm ki, keçirilən seçkilər bütün dünyaya demokratik nümunə olacaq".

Nurlan ABDALOV,

"Respublika".