Mənfur düşmənin növbəti düşünülməmiş addımı
Digər xəbərlər

Mənfur düşmənin növbəti düşünülməmiş addımı

Bu il martın 24- məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsindən irəli gələn öhdəlikləri tanıyıb. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir. Əgər parlament statutu ratifikasiya etsə, o zaman sənədə uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanları Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etmək öhdəliyini yerinə yetirməli olacaqdır.

Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən 123 ölkə tərəfindən təşkil olunub. Avropa İttifaqının 27 üzvünün hər biri nizamnaməni imzalayıb. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə ABŞ Çin tərəfindən tanınmır. Roma Statutunun 63- maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Orderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-in nizamnamə sazişlərini hələ ratifikasiya etməyib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-ə görə Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva isə bu qərarı tanımadığını bunun Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb. Bundan əlavə, bu il martın 17- Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya Prezidenti Vladimir Putin uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə order vermişdi.

Məlum olduğu kimi, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti Rusiyanın sərt reaksiyasına səbəb olub. Belə ki, Moskva İrəvanın Rusiya rəhbərliyinə qarşı çıxarılan orderlər fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edib. Rusiyanın TASS xəbər agentliyi ölkənin XİN-in məlumatına istinadən yazıb: "Moskva son vaxtlar BCM-in Rusiya rəhbərliyinə qarşı qeyri-qanuni hüquqi cəhətdən etibarsız "orderlər" fonunda rəsmi Yerevanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir". Nazirlik, həmçinin Ermənistan tərəfindən atılacaq addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edildiyini vurğulayıb.

Bir çox rus ekspertlər bu addımı qəbuledilməz hesab ediblər. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun sözlərinə görə, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması qərarlarını tanıması Rusiya üçün təhqiredici olmaqla yanaşı, həm birbaşa xəyanətdir.

Lakin qərb qonşumuz Ermənistan hər zaman olduğu kimi, bu dəfə düşünülməmiş addımı atıb. Rusiya XİN-in bəyanatından sonra qorxuya düşən Ermənistan rəhbərliyi Roma əsasnaməsini qəbul etmirsə, demək Qərbdən gələn dəstəkdən məhrum olmaqla yanaşı, gələcəkdə yürüdəcək siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq.

Ermənistanın bu addımından sonra ölkə daxilində bir sıra ziddiyyətli fikirlər səsləndi. Ermənistanın Rusiya Federasiyasının əleyhinə getməsi Vladimir Putinin İrəvanda peyda olan kimi Qərbin göstərişi ilə saxlanılmasına dair müxtəlif bəyanatlar verildi. Lakin Konstitusiya Məhkəməsinin qərarına əsasən, konvensiya ratifikasiya olunmuş hesab edilmir icraya yönləndirilə bilməz. Bütün bunların fonunda Rusiyanın "Kommersant" qəzeti yazır: "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üzrə olan İrəvan bundan hiddətlənən Moskvanı sakitləşdirməyə çalışır. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan əmin edib ki, Ermənistanın Rusiya Federasiyasının Prezidentini həbs etmək niyyəti yoxdur. O, həmçinin Rusiya tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya ilə münasibətlərə təsirini neytrallaşdıracaq saziş imzalamağı təklif edib". Qeyd olunmalıdır ki, ötən il Rusiya İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını öz ərazisinə qədər genişləndirmək istəyinə heç bir reaksiya vermədi. Amma bu il martın 17- məhkəmə Prezident Vladimir Putin ombudsman Lvova-Belovanın həbsinə order verdikdən sonra Moskva Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə olan münasibətlərini dəyişib.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin martın 24- Roma Statutundan irəli gələn öhdəliklərin uyğun hesab etməsi əvvəlcə informasiya savaşına səbəb oldu. İnformasiya dalğasının ardınca siyasi dalğa gəldi. Martın 30-da isə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Beynəlxalq Cinayət Məhkəməsi arasındakı münasibətləri şərh etdi.

Nəzrin CAVADZADƏ,

"Respublika".