Prezident Vəngli kəndində erməni vandalizmini əks etdirən lövhənin sökülməsi ilə bağlı tapşırıq verib
Siyasət

Prezident Vəngli kəndində erməni vandalizmini əks etdirən lövhənin sökülməsi ilə bağlı tapşırıq verib

Prezident İlham Əliyev Kəlbəcərdə ermənilərin azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdiyi lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.

"Respublika" xəbər verir ki, qərar Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olarkən verilib.

Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.