Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu
Sosial həyat

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

25 iyun Səbail RİH-dən bildirilir ki, 26 iyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən şəhidlərinin məzarları ziyarət olunmuşdur. Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.

“Respublika”.