Bu il 6 azərbaycanlı “Chevening” təqaüdü ilə Böyük Britaniyaya göndərilir
Elm və təhsil

Bu il 6 azərbaycanlı “Chevening” təqaüdü ilə Böyük Britaniyaya göndərilir

Bu il 6 azərbaycanlı “Chevening” təqaüdü ilə Böyük Britaniyada təhsil almaq imkanı qazanıb.

"Respublika" xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bununla bağlı məlumat yayıb.

İngiltərənin Azərbaycandakı səfirliyi gənc liderlər üçün nəzərdə tutulmuş “Chevening” təqaüd proqramının 2023-2024-cü il qaliblərinə sertifikatların təqdim olunması ilə bağlı qəbul təşkil edib. Görüşdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auldun çıxış edərək xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün Britaniyanın əsas ölkə olaraq qaldığını bildirib.

Səfir qeyd edib ki, bu, tələbələrin Britaniyada peşəkar, akademik təcrübə qazanması, eləcə də ölkə ilə yaxın əlaqələr qurması üçün nadir imkandır. Gələn il 2024-2025-ci illər üzrə “Chevening” təqaüdü üçün müraciətlər bu il sentyabr 12-də başlayacaq.

Sonda “Chevening” təqaüd proqramı ilə İngiltərədə təhsil almaq hüququ qazanan 6 azərbaycanlı gəncə sertifikatlar təqdim olunub.